
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Oct 2013
Diqər xəbərlər
GƏNC ALİM VƏ TƏDQİQATÇILARIN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu dünyanın bir çox ölkəsinin gənc alim və tədqiqatçılarını bir araya toplayacaq. Belə ki, institut bu il 14-15 noyabr tarixində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda V beynəlxalq konfrans keçirəcək. Tədbirdə İngiltərə, Almaniya, Fransa, İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər Avroasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur. Konfransın məqsədi geologiya sahəsində tədqiqat aparan yerli gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunması və müasir elmi yanaşmalara əsasən inkişaf etdirilməsidir. Konfransda iştirakla bağlı müraciət edənlərin sayı 200-dən artıqdır.
İnstitutun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sözlərinə görə, bu cür konfranslar gənc alimlərin yer elmləri sahəsində elmi tədqiqat təcrübələrinin artmasına və elmi yöndə ixtisaslaşmalarına yardımçı olur. Tədbir dünya təcrübəsindəki metodika və yanaşmaları nümayiş etdirməklə bərabər alimlərimizin xarici həmkarları ilə birgə elmi tədqiqat və təcrübə mübadiləsi aparmalarına da şərait yaradır.