
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Oct 2021
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN MÜTƏXƏSSİSLƏR ŞURASININ İLK İCLASI
4 oktyabr 2021-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə İnstitutda yeni yaradılmış Mütəxəssislər şurasının – Kollokviumun ilk iclası keçirilmişdir. Elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinin qiymətləndirilməsinin obyektivliyini artırmaq məqsədilə təşkil edilmiş şuranın iclasında 2021-ci ilin planı üzrə Geologiya və Geofizika İnstitutunun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanlarını müvəffəqiyyətlə vermiş iddiaçıların dissertasiya işlərinin mövzuları və elmi rəhbərliklə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, 2512.01 – “Ümumi və regional geologiya (Paleontologiya və stratiqrafiya)” və 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasları üzrə doktoranturaya qəbul olunmuş 5 doktorantın dissertasiya işlərinin mövzularının və elmi rəhbərlərinin İnstitutun növbəti Elmi şurasında təsdiqi ilə əlaqədar Mütəxəssislər şurasının üzvləri tərəfindən qərar qəbul edilmişdir.



