Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Jan 2014 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILMIŞDIR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. İştirakçılar öncə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar. “20 yanvar - donan vicdanların haqq səsi” adlı tədbiri giriş sözü ilə institutun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov açmışdır. Gənc alim faciə haqqında geniş məlumat vermiş, tarixi həqiqətlərə nəzər salmışdır. Daha sonra çıxış edən Gəncə Kənd Təsərrüfatı Akademiyasının professoru  Eldar Hüseynov ölkəmizdə və xaricdə 20 Yanvar hadisəsinə verilən siyasi-hüquqi qiymət, həmçinin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın, xüsusən də gənc nəslin bu istiqamətdə marifləndirilməsi haqqında ətraflı söhbət açmışdır. Çıxışçılardan Geologiya İnstitutunun şöbə müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudov və  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov qanlı yanvar günü haqqında fikirlərini bölüşmüş, faciənin dünyada geniş təbliğatı istiqamətində görülən işlərdən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdırlar.

Tədbirdə 20 Yanvar hadisələrinə aid görüntülərdən ibarət materialı nümayiş olunmuşdur.