
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
19 Feb 2014
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTU BTC BOYUNCA APARDIĞI GEODİNAMİK TƏDQİQATLARIN NƏTİCƏLƏRİNİ AÇIQLAYIR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik vəziyyəti öyrənmiş və ciddi narahatlıq doğuracaq seysmik təhlükənin olmadığını müəyyən etmişlər. Tədqiqatlar yer qabığının vertikal və horizontal hərəkətləri, həmçinin qruntun dinamik xüsusiyyətlərinin tədqiqi üzərində aparılmışdır. Bu məqsədlə nivelirləmə və qravimetrik ölçmələrdən istifadə edilmiş, boru boyu yerləşən 4 seysmik stansiyada zəlzələlər qeydə alınmışdır.
Tədqiqatlar “bp” şirkətinin dəstəyi ilə “BTC boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi” adlı layihə çərçivəsində aparılmışdır. Layihənin rəhbəri institutun Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovdur. Onun sözlərinə görə, bəzi süxurlar zəlzələnin riskini və gücünü artırmaq qabiliyyətinə malikdir. Bütün bu tədqiqatlar həmin təhlükələrin qiymətləndirilməsinə köklənmişdir. 2008-ci ildən indiyə qədər görülmüş işlərin nəticəsində demək mümkündür ki, neft kəmərinin keçdiyi ərazilərdə geodinamik aktivlik daim mövcuddur, lakin hazırda boruya zərər yetirə biləcək təhlükə müşahidə olunmur. F.Qədirov tədqiqatların davam etdirilməsinin zəruri olduğunu və hazırda yeni layihənin təqdim edildiyini bildirir.