Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Apr 2014 Diqər xəbərlər Diqər xəbərlər

Xəbərlər


Dissertasiya işlərinə ekspert komissiyasının tərtib etdiyi rəyin oxunması, rəsmi opponentlərin və aparıcı müəssisənin təyin edilməsi

I Məsələ.

1. BDU-nun «Kristalloqrafiya, mineralogiya və geokimya» kafedrasının aspirantı, Misir Ərəb Respublikasının vətəndaşı El Said Əhməd Saber İbrahimin «Минералогическая характеристика и условия формирования золото-сульфидного оруденения Юга Синая (АРЕ)» («Cənubi Sinay ərazisində qızıl-sulfid filizləşməsinin mineraloji səciyyəsi və əmələgəlmə şəraiti (MƏR)»)  mövzusunda fəlsəfə doktoru dissertasiya işinə (ixtisas şifri: 2516.01- Mineralogiya, kristalloqrafiya) D 01.081 dissertasiya şurasının 16 may 2014-cü il tarixli (protokol 14) qərarı ilə təyin edilmiş ekspert komissiyası tərəfindən tərtib edilmiş rəyin oxunması. Ekspert komissiyasının üzvləri: g.-m.e.d., prof. C.Ə.Azadəliyev, g.-m.e.d., prof. M.N.Məmmədov, g.-m.e.d. N.Ə.Novruzov.

2. El Said Əhməd Saber İbrahimin dissertasiya işinə rəsmi opponentlərin və aparıcı müəssisənin təyin edilməsi.

Rəsmi opponent kimi g.-m.e.d., prof. Azadəliyev Cəöbrayıl Əbdüləli oğlu (AMEA Gİ) və g.-m.f.d. Ağayev Ağamaehdi Mirhəşim oğlu (ADNA) təklif olunur.

Aparıcı müəssisə kimi ETSN MGKX Mineral Xammal Elmi-Tədqiqat İnstitutu məqsədəuyğun hesab edilir.

II Məsələ.

1. ARDNŞ-nin «Neftqazelmitədqiqatlayihə» İnstitutunun böyük elmi işçisi Mübarizə Səhrab qızı İbrahimlinin «Kompleks geofiziki tədqiqatlarla Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal tələlərin aşkarlanması və neftlilik-qazlılığının proqnozlaşdırılması» mövzusunda fəlsəfə doktoru dissertasiya işinə (ixtisas şifri: 2507.01 - «Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları») D 01.081 dissertasiya şurasının 16 may 2014-cü il tarixli (protokol № 15) qərarı ilə təyin edilmiş ekspert komissiyası tərəfindən tərtib edilmiş rəyin oxunması. Ekspert komissiyasının üzvləri: AMEA-nın müxbir üzvü, g.-m.e.d. F.Ə.Qədirov, AMEA-nın müxbir üzvü, f.-r.e.d. H.H.Quliyev, g.-m.e.d., prof. T.R.Əhmədov.

2. M.S.İbrahimlinin dissertasiya işinə rəsmi opponentlərin və aparıcı müəssisənin təyin edilməsi.


Rəsmi opponent kimi AMEA-nın müxbir üzvü, f.-r.e.d. Quliyev Hətəm Hidayət oğlu (AMEA Gİ) və g.-m.f.d. Köçərli Şahvələd Süleyman oğlu təklif olunur.

Aparıcı müəssisə kimi ADNA-nın «Geofiziki kəşfiyyat üsulları» kafedrası məqsədəuyğun hesab edilir.

III Məsələ

1. AMEA Geologiya İnstitutunun dissertantı, BDU-nun “Fiziki və kolloid kimya” kafedrasının böyük laborantı Xumar Raid qızı Rüstəmovanın "Гидрогеохимическая и термобарическая зональность глубокозалегающих отложений Азербайджанской части Куринской впадины в связи с оценкой перспектив нефтегазоносности" (“Neftqazlılıq perspektivliyinin qiymətləndirilməsi ilə əlaqədar Kür çökəkliyinin Azərbaycan hissəsinin dərində yatan çöküntülərin hidrogeokimyəvi və termobarik zonallığı”) mövzusunda fəlsəfə doktoru dissertasiya işinə (ixtisas şifri: 2512.01 – «Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı») D 01.081 dissertasiya şurasının 16 may 2014-cü il tarixli (protokol № 16) qərarı ilə təyin edilmiş ekspert komissiyası tərəfindən tərtib edilmiş rəyin oxunması. Ekspert komissiyasının üzvləri: g.-m.e.d. D.A.Hüseynov, g.-m.e.d. A.Ş.Muxtarov, g.-m.e.d. E.H.-M.Əliyeva.

2. X.R.Rüstəmovanın dissertasiya işinə rəsmi opponentlərin və aparıcı müəssisənin təyin edilməsi.

Rəsmi opponent kimi  g.-m.e.d. Mehdiyev Ülvi Şəfayət oğlu   (ARDNŞ-nin «Neftqazelmitədqiqatlayihə» İns.) və g.-m.e.d. Muxtarov Abdulvahab Şərif oğlu (AMEA Gİ) təklif olunur.

Aparıcı müəssisə kimi ADNA-nın «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası məqsədəuyğun hesab edilir.