
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Apr 2014
Diqər xəbərlər
Faydali qazinti yataqlari (neft və qeyri-filiz) tullantilarinin istifadəsi və ətraf mühitə təsirinin azaldilmasinin yeni texnologiyasi mövzusunda seminar
T.e.d., professor Mirəli Alosmanov (AMEA Geologiya İnstitutu)
Dünyada və o cümlədən də respublikamızda faydalı qazıntı yataqlarının istismarı, emal prosesi, sənaye və ümumən urbanlaşmanın inkişafı litosferin üst
hissəsində və çox zaman da son nəticəsi tam bəlli olmayan geoekoloji problemlər yaradır. Məqsəd - ətraf mühitdə ekoloji gərginlik yaradan neftin, təbii-mineral
birləşmələr və kimya sənayesi tullantılarının zərərsizləşdirilməsi və onlardan səmərəli istifadənin elmi əsaslarının hazırlanmasıdır.
Hazırda respublikamızda 3800-ə yaxın neft quyusu mövcuddur ki, bunlardan 2300-dən artığı fəaliyyətdədir. Neft quyusunun qazılması zamanı təxminən 100
tona yaxın şlam və ildə ümumən 100 min tona yaxın lay suyu yerin təkindən çıxarılaraq yer səthində paylanır. Sonradan quyularda təzyiqin artırılması
məqsədilə lay sularının ~35%-i yenidən quyulara vurulsa da ~65%-i müxtəlif çökəkliklərə və dənizə axıdılır. Şlam və lay suları litosferin üst hissəsində landşaftı
dəyişməklə yanaşı aerasiya zonasındakı yeraltı suların çirklənərək rejimlərinin dəyişməsinə də səbəb olur. Şlamın cüzi hissəsindən asfaltın hazırlanmasında və s. istifadə olunsa da, ümumi kütləsi ilbəil artır. Kimya sənayesinin bəzi tullantıları, məsələn ammonium sulfat [(NH4)2SO4] da Sumqayıt şəhərində mühiti çirkləndirən amillərdən biridir. Fiziki baxımdan maye, bərk, qaz və toz halında ola bilən bu çirkləndiricilər həm də insan sağlamlığı üçün təhlükəlidir.
Nəticə.
Tərkibində torpaq və bitki üçün qidaverici element və birləşmələr (fosfor, azot, kalium) olan bu tullantıların müəyyən texnologiya ilə emalından gübrə hazırlanması üçün xammal alına bilər.
Nəticə.
1. Neft quyularından çıxarılan şlam, ammonium sulfat tullantıları və gildən texnoloji prosesdə istifadə olunmaqla gübrə hazırlanması üçün yeni xammal əldə
olunur.
2. Neft mədənləri sahəsində toplanan şlam və Sumqayıt şəhərinin Səthi Aktiv Maddələr zavodu ərazisindəki ammonium sulfat tullantıları istifadə olunaraq
gələcəkdə onların toplanmasına şərait yaranmır.
3. Tullantılarla çirklənmiş ərazilər təmizlənərək mühitə yönələn antropogen yüklənmə azaldılır.
Seminar 30 aprel 2014-cü il saat 11-də AMEA Geologiya İnstitutunun akt zalında keçiriləcəkdir.