Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 May 2014 Diqər xəbərlər Diqər xəbərlər

Mobil texnoloji kompleks vasitəsilə qizilin yeralti aşindirma hasilati

 
I. Layihənin elmi əsaslandırılması

Çox qazanclı innovasiya layihəsinə kapital qoyuluşu məsələsini diqqətinizə təqdim edirik. Bu layihə qızıl, gümüş və digər qiymətli metalların yeni yeraltı texnoloji üsulu ilə çıxarılmasını əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya institutunda işlənib hazırlanan mobil texnoloji kompleks metalları filizlərdən bilavasitə yatım yerində çevrəyə zərərsiz məhlullarla yuyub çıxarma imkanını yaradır. Avtomatik rejimdə çalışan və avtomobil qoşqusu içində qurulan mobil kompleks hətta az ehtiyatlı, kasıb və ya dərində yerləşən filizlərin işlənməsini qazanclı şəkildə təmin edə bilir. Bu texnologiya Böyük və Kiçik Qafqazın qızıl saxlayan bəzi təzahürlərində sınaqdan keçirilmişdi.

Geologiya institutunun Geotexnologiya qrupu aşağıda sadalanan kommersiya variantlarını təklif edir: 

Filiz obyektin birində mövcud texnoloji avadanlıqdan istifadə edərək qiymətli metalların hasilatını ortaq şərtlərdə həyata keçirmək;
Yeni Mobil texnoloji kompleksi qurub texnoloji təcrübə və KNOW-HOW ilə birlikdə təslim etmək. İnvestorun seçdiyi filiz obyektində avadanlığı quraşdırıb hasilat prosesini işə salmaq.
Yeraltı hasilat texnologiyasının seçilən filiz obyektində texniki problemlərini tədqiq etmək və lazım olan sınaqları keçirmək.

Qızılın bu üsulla çıxarılması ətraf mühitə ziyan vurmur.