
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
YER ELMLƏRI SAHƏSINDƏ ÜMUMRESPUBLIKA ELMI SEMINARI KEÇIRILDI
Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov dinləniləcək məruzə haqqında məlumat verdi.
“Bayıl sürüşmə zonasında aparılmış elektrik kəşfiyyatı tədqiqatlarının yeni nəticələri” adlı məruzə ilə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov çıxış etdi. Ə.Salamov bildirdi ki, indiyədək Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb: “Sürüşmə prosesləri XIX əsrin ortalarından başlamış və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşmişdir.
Qeyd etmək lazımdır ki, ekzogen geoloji proseslərdən (EGP) olan sürüşmələrin öyrənilməsi həmişə olduğu kimi, bu gün də aktual məsələlərdən biridir. Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılmışdır.
Ə.Salamov həmçinin bildirib ki, 2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində geoloji kəsiliş 40m dərinliyə qədər öyrənilmişdir ki, bu da ərazinin geoloji quruluşu haqqında tam məlumat alınmasını qismən təmin etmişdir. 2012-ci ildə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin 100m dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100m, müşahidə nöqtələri arasındakı məsafə isə 20m olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılmışdır.