Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 May 2014 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİMLƏRİN FRANSADA TƏLİM KURSU KEÇMƏSİ HAQQINDA PRESS-RELİZ

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) gənc alimləri Parisdə təlim kursunda iştirak edirlər. Tofiq Rəşidov, Fuad Əliyev və Ülvi Vahabov Pyer və Mariya Kyuri Universitetində “ArcGİS” xəritəçəkmə proqramını öyrənirlər.

Kurs GGİ, Fransanın adıçəkilən universiteti və Dünyanın Geoloji Xəritəsi üzrə Komissiyası arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd gənc alimlərə bu proqramı daha dərindən öyrətməklə rəqəmsal geoloji xəritələrin və müxtəlif məlumat bazalarının yaradılması sahəsində təcrübə və imkanları artırmaqdır.

Təlim Pyer və Mariya Kyuri Universitetinin tanınmış mütəxəssisi Dr. Bruno Vrielink tərəfindən keçirilir və sonda yeni geoloji xəritənin elektron mühitdə məlumat bazasının işlənib hazırlanması nəzərdə tutulur. İyirmi günlük kurs mayın 30-da bitəcəkdir.