
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AMEA GEOLOGIYA VƏ GEOFIZIKA İNSTITUTUNDA ELMI ŞURANIN SEMINARI KEÇIRILDI
Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi şuranın seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Hətəm Quliyevin “Sıxlığın dəyişkənliyi – Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası” adlı məruzəsi haqqında məlumat verdi.
Bildirdi ki, son illərdə H.Quliyev tərəfindən mühitin sıxlığının dərinlik üzrə paylanması, kiçik sürüşməyə malik zonaların təyini, Yerin daxili strukturlarında enerji və kütlə daşınmalarının öyrənilməsi istiqamətində çoxsaylı tədqiqatlar aparılmışdır. Həmçinin, alimin apardığı tədqiqatlarda nəzəri geologiya sahəsində yerin geodinamik inkişafının bəzi fundamental problemləri araşdırılaraq həll edilmişdir.
Professor H.Quliyev qeyd etdi ki, apardığı araşdırmaların nəticələrini məşhur eksperimental nəticələrlə müqayisəsi yolu ilə isbat etmişdir. Həmçinin bu elmi nəticələr ölkədaxili və xarici beynəlxalq konfrans və görüşlərdə müzakirə olunmuş, bir sıra beynəlxalq jurnallarda məqalə şəklində çap olunmuşdur.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.