Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Jun 2014
Diqər xəbərlər
Cənubi Xəzər Hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarinin formalaşmasi mexanizmləri
G.-m.e.d., prof. T.Y.Baharov (AMEA Geologiya İnstitutu)
Seminar 18 iyun 2014-cü il tarixində saat 11-də AMEA Geologiya İnstitutunun akt zalında keçiriləcəkdir.
Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşması və onların süxurlarında kollektor xüsusiyyətlərinin saxlanması məsələləri neft geologiyasının fundamental elmi problemlərindən biridir. Eyni zamanda respublikamızın neft-qaz bazasının əsas artım mənbəyi Cənubi Xəzər hövzəsinin böyük dərinlikləri ilə bağlı olduğundan, həmin regiondakı ehtiyat və resursların aşkar edilməsi, qiymətləndirilməsi və mənimsənilməsi respublika üçün böyük əhəmiyyətə malikdir. Bunlarla əlaqədar olaraq, hövzədə böyük dərinliklərdə karbohidrogen yataqlarının formalaşması xüsusiyyətlərinin tədqiqi yeni kompleks elmi-metodiki yanaşmaların işlənilməsini tələb edir.
Müəllif Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşma mexanizmini şərh edərkən bu sahədə digər alimlərin, xüsusilə AMEA Geologiya İnstitutunun alimlərinin əldə etdikləri nəticə və məlumatlara əsaslanmaqla onları inkişaf etdirmiş və müəyyən qədər yeni yanaşmalarla zənginləşdirmişdir.
Təklif edilən yeni elmi konseptual yanaşmaya görə, Cənubi Xəzər hövzəsində iri ölçülü yataqların əmələ gəlməsi böyük dərinliklərdə gedən geo- və hidrodinamik prosesləri də nəzərə almaqla avtoxton, yəni rezervuardaxili mexanizmlərlə bağlıdır. Bu yataqların formalaşma mexanizminin aşkar edilməsi üçün nəzəri baza modeli işlənilmişdir. Bu iri ölçülü antiklinal strukturların yaranma mexanizmi, izostaziya qanununu nəzərə almaqla geoloji, genetik, termobarik, geo- və hidrodinamik amillərlə nəzarət olunan daxili və xarici gərginliyə əsaslanır. Tədqiqatlar zamanı bu gərginliyi yaradan qüvvələr araşdırılmış, onların istiqamətləri və qarşılıqlı nisbətləri müəyyən edilmişdir. Qeyd edilən qüvvələrin sinxron təsiri böyük dərinliklərdə karbohidrogen yataqlarının formalaşmasına və orada kollektor xüsusiyyətlərinin saxlanmasına gətirib çıxarır. Xüsusi olaraq qeyd olunur ki, belə dərinliklərdə kiçik ölçülü karbohidrogen yataqları ola bilməz.
Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşmasını təşkil edən vertikal və horizontal gərginliklər məkan-zaman baxımından araşdırılmış, formalaşma mexanizminin evolyusion və revolyusion dövrləri, bu dövrlər ərzində yatağın inkişafı, tektonik pozulmalara məruz qalması, diapirəmələgəlmə və digər proseslər mərhələlər üzrə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Cənubi Xəzər hövzəsində iri ölçülü karbohidrogen yataqlarının formalaşması və dağılması prosesi hal-hazırda da davam edir.
Həm lokal, həm də regional miqyasda yuxarıda göstərilən proseslərin gələcək modelləşdirilməsi kəşfiyyat və işlənmənin effektivliyinin yüksəldilməsinə, yataqların potensial imkanlarının dəqiq qiymətləndirilməsinə və obyektlərin komponentvermə əmsallarının artırılmasına imkan yaradar.