Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
17 May 2014
Diqər xəbərlər
GƏNC ALİM BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun gənc əməkdaşı İstanbul Texniki Universitetində beynəlxlaq treninq-seminarda iştirak edir. İnstitutun geodinamika və seysmologiya şöbəsinin elmi işçisi Bəhruz Əhədov “Zəlzələ Mühəndisliyi və Fəlakət İdarəetməsi” adlı proqram çərçivəsində Türkiyə alimlərinin zəlzələ mühəndisliyi və fəlakətlərin idarə olunması istiqamətində tədqiqatlarının nəticələrini öyrənir. Sözügedən tədqiqatlar dünyada baş vermiş zəlzələlərin qardaş ölkədə toplanılmış məlumatları üzərində aparılmışdır. Hazırda İstanbul Texniki Universitetinin alimləri həmin məlumatları və nəticələri seminar iştirakçıları ilə bölüşür. Seminara Azərbaycanla birgə 14 ölkədən nümayəndə qatılmışdır.
Adıçəkilən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirir ki, geodinamika və seysmologiya sahələrində gənc kadrların yetişdirilməsi məqsədi ilə indiyə qədər Türkiyənin bir çox elmi müəssisələri ilə birgə layihələr həyata keçirilmiş, həmçinin təcrübə mübadilələri aparılmışdır. B.Əhədovun seminarda iştirakı institutun uğurlu kadr siyasətinin tərkib hissəsidir.
Mayın 16-dək davam edəcək treninq-seminar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə üç illik proqram çərçivəsində həyata keçirilir.