Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Sep 2014 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASINDA RADON TƏHLÜKƏSININ TƏDİQQİ VƏ AZALDILMASI ÜZRƏ 2014-2018-CI İLLƏR ÜÇÜN TƏDBİRLƏR PROQRAMI




 Azərbaycan Respublikası Nazirlər Kabineti
“Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramını”nın təsdiq edilməsi haqqında


SƏRƏNCAM
  No.236 s


Bakı şəhəri, 31 iyul 2014-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119 -cu maddəsinin səkkizinci abzasını  rəhbər tutaraq, Azərbaycan Mili Elmlər Akademiyasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan  Respublikasının Səhiyyə  Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

 


1. “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur ).

2.Azərbaycan Milli Elmlər  Akademiyası  və digər aidiyyəti  dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

3.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş Naziri


A. Rasi
-zadə