Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Sep 2014 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGIYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ƏLİFBA BAYRAMI KEÇİRİLMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Həmkarlar İttifaqı ilə Gənc Alim və Mütəxəssislər Şurası İnstitutda 10 sentyabr 2014-cü il tarixində Əlifba bayramı tədbirini keçirmişdir.

Təşkilatçılar tədbiri uşaqları və valideynlərini bayram münasibəti ilə təbrik etməklə açaraq gələcəkdə belə təşəbbüslərin ənənə halını alacağını vurğulamışlar. Əlifba bayramının keçirilməsinin əsas məqsədi yeni dərs ilində məktəb şagirdlərini stimullaşdırmaq olmuşdur.

Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının 6-13 yaşlı uşaqlar (ümumilikdə 25 nəfər) üçün nəzərdə tutulmuş tədbirin bədii hissəsində məktəblilər üçün peşəkar akytorlar tərəfindən müxtəlif əyələncəli proqramlar təqdim olunmaqla məntiqi müsabiqələr keçirilmişdir. Bayram tədbirində uşaqlar maraqlı şeir demək, rəqs etmək və s. bacarıqlarını göstərmişlər. Tədbirin sonunda Geologiya və Geofizika İnstitunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən məktəblilərə lazım olan dərs ləvazimatları paylanmışdır, o cümlədən 1-ci sinif şagirdlərinə cantalar.