Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Sep 2014 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU NÖVBƏTİ ANLAŞMA MEMORANDUMUNU İMZALADI


11 sentyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) Yer, Atmosfer və Planetar Elmlər Bölməsi arasında beynəlxalq anlaşma memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, bununla əlaqədar AMEA-nın Rəyasət Heyətində MTİ-nin “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri Dr. Robert Reilingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq AMEA-nın MTİ ilə 1998-ci ildәn mövcud olan әlaqәlәrindən söz açıb. Bildirib ki, indiyə qədər geodinamika vә seysmologiya sahәlәrindә mühüm müştәrәk tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (Global Yertәyinetmә Sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb. Yerin tәkindә baş verәn proseslər alimlәr tәrәfindәn xüsusi GPS peyk sistemi vasitәsi ilә izlәnilir, önәmli mәlumatlar әldә edilib vә tәhlil olunub. Bu istiqamәtlәrdә kadr hazırlığı mәqsәdi ilә akademiyanın gәnc әmәkdaşları MTİ-dә tәcrübә kurslarına da cәlb olunub. Hazırda әmәkdaşlığın uğurlu inkişafı әlaqәlәrin vә sәmәrәli nәticәlәrin daha da genişlәndirilmәsinә imkan yaradıb. Memorandum bu imkandan irәli gәlәn birgә tәşәbbüsdür.

Daha sonra Dr. R.Reilinger seysmik baxımdan aktiv zonalar olan Qafqaz vә Xәzәrdә aparılmış birgә tәdqiqatların uğurlu nәticәlәrindәn qısaca bәhs edib vә bu sahәdә Azərbaycan alimlәri ilә әmәkdaşlıqdan mәmnunluğunu dilə gətirib. O, tәdqiqatları daha müasir tәcrübә vә üsullarla davam etdirmәyi vә laboratoriya formatında cәmlәşdirmәyi mәqsәdәuyğun hesab edib. Bildirib ki, beynəlxalq laboratoriya kadr hazırlığı işini dә asanlaşdırmağa xidmәt edәcәk.

Gәlәcәk tәşәbbüslәr üçün mövcud imkanların müzakirəsindən sonra memorandumun imzalanması məqsədəuyğun hesab olunub. Sonra sözügedәn sәnәd imzalanıb. Memorandumda “Geodeziya və geodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması nәzәrdә tutulur. Məqsəd Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirməkdir.

Akademik A.Әlizadə vurğulayıb ki, laboratoriyanın imkanları çәrçivәsindә geotermal və karbohidrogen ehtiyatların kəşfiyyatı, neft və qaz rayonlarının təhlükə riskinin öyrənilməsi, sürüşmə proseslərinin, palçıq vulkanlarının dinamikasının və atmosfer hadisələrinin yeni texnologiya əsasında araşdırılması mümkün olacaq. Görüşdәn mәmnun qalan R.Reilinger әminliklә bildirib ki, bu sәnәd faydalı әmәkdaşlıq vә mübadilә prosesini asanlaşdırmağa xidmәt edәcәk, öz töhfәlәrini verәcәk.

Görüşün sonunda planlaşdırılan işlәrin koordinatorları GGİ tərəfindən AMEA-nın Yer Elmlər Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, MTİ tərəfindən isə R.Reilinger müəyyən olunublar.