
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
YUNANISTANIN ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİR
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev Yunanınstanda səfərdədir. O, Qərbi Makedoniya əyalətinin Kastoriya Universitetində “Azərbaycanın neft-qaz ehtiyatları və seysmo-geodinamikası” mövzusunda məruzə ilə çıxış edib. İdarə rəisi Kozani şəhərində yerləşən Texniki Universitetin, Saloniki şəhərlərindəki Texniki və İqtisadiyyat institutlarının rəhbərləri, müəllim və tələbə heyətləri ilə rəsmi görüşlər keçirib.
Görüşlərdə əməkdaşlıq imkanları, bu istiqamətdə müvafiq sazişlərin tərtibi, həmçinin, Yunanıstanın elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq edən xarici elmi qurumların təcrübəsindən faydalanma kimi məsələlər müzakirə olunub. Geodinamika, ətraf mühitin təhlili, rəqəmsal media, iqtisadiyyat, neft-qaz ehtiyatlarının öyrənilməsi və s. sahələrdə tədqiqatları inkişaf etdirmək, iki dövlət arasında müəyyən elmi sahələr üzrə beynəlxalq laboratoriya və mərkəzlər yaratmaq ideyaları da müzakirələrin mövzuları olub.
Səfər oktyabrın 4-də başa çatacaq.