
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AMEA GEOLOGİYA və GEOFİZİKA İNSTİTUTUNDA RƏHBƏR HEYƏTİN MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLMİŞDİR
2014-cü il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq institutda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər Heyətin MM məşqi keçirilib.
AMEA-nın Rəyasət Heyətinin II-ci Xüsusi şöbəsinin verdiyi tövsiyələr əsasında institutun Mülki Müdafiə qərargah rəisi Oqtay Fərzəliyev tərəfindən məşqin krçirilməsi üçün tələb olunan sənədlər tərtib olunmuşdur.
Məşqin gedişi dövründə aşağıdakı məsələlərə baxılmışdır:
MM planının dəqiqləşdirilməsi;
Rəhbər, hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyətinin öz funksional vəzifələrini bilməsi;
Məşqin sonunda institutun elmi işlər üzrə direktor müavini – Fövqəladə Hallar komissiyasının sədri, g.m.e.d. Dadaş Hüseynov məşq zamanı verilən göstərişlərə əsasən hər kəsin fəaliyyəti nəzərdən keçirilərək qiymətləndirilmişdir. Aşkar olunmuş nöqsanlar qeydə alınmış və onların təkrar olunmaması məşq iştirakçılarının nəzərinə çatdırılmışdır.