Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Dec 2014 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın PREZİDENTİ, AKADEMİK AKİF ƏLİZADƏ SERBİYAYA SƏFƏR EDİB


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında 30 noyabr - 4 dekabr tarixlərdə Serbiyaya sfər ediblər.

S
əfər proqramı SANU prezidenti ilə keçirilən təkbətək görüşlə başladı. Görüş zamanı Azərbaycanla Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilmiş, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Səmimi və konstruktiv zəmində keçən görüşdə iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilmişdir. 

İkitərəfli görüşlərdən sonra hər iki ölkənin elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakçılarının geniş tərkibli iclası zamanı AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanmışdır.

İclas zamanı akademik A.Əlizadə Azərbaycan dövlətinin ölkənin elminə, tarixin