
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq “Karbohidrogen yataqlarının işlənilməsi üzrə investisiya layihələrinin qiymətləndirilmə meyarları və onların istifadəsi” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər karbohidrogen yataqlarının mövcud ehtiyatlarından səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alan GGİ-nin əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.