
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
12 Mar 2015
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUNDA GƏNC TƏDQİQATÇILARIN NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLDİ
12 mart 2014-cü il tarixində AMEA-nın Geologiya və Geofizika İnstututunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclərin sayca ikinci elmi seminarı keçirildi. İnstitutun “Geodinamika və seyismologiya” şöbəsinin elmi işçisi Aynur Zamanovanın təqdimatında məruzə olunan seminar “Cənubi Xəzər Çökəkliyinin seysmikliyinin yer qabığının dərinlik quruluşu ilə əlaqəsi”mövzusu ilə bağlı idi.
Müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov seminarı açaraq qeyd etdi ki, Cənubi-Xəzər Hövzəsində müşahidə olunan seysmo-dinamik aktivlik və onun daha dərin qatlarla əlaqəsinin öyrənilməsi, indiki mərhələdə Azərbaycan geologiyası üçün xüsusi aktuallıq təşkil edir. Seminarın sədri çıxışını davam etdirərək bildirdi ki, müasir geologiyanın elmi problemlərinin həllində gənclərin fəallıq göstərməsinin təmin olunması və bu istiqamətlər üzrə mütəxəssislərin yetişdirilməsi İnstitut rəhbərliyinin ümdə məqsədlərindən irəli gəlir.
Daha sonra məruzə üçün söz Aynur Zamanovaya verildi. Gənc mütəxəssis məruzəsini təqdim etdikdən sonra seminar iştirakçılarının mövzu ətrafında maraqlandıqları sualları da cavablandırdı.
.jpg)