
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq “Cənub-Şərqi Qafqazın geoloji sistemləri” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər regionun yeraltı dərinliklərində gedən geoloji və geofiziki proseslər baxımından böyük əhəmiyyət daşıyır. GGİ-nin əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.
Sonra, tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul edilib.
İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. AMEA-nın prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarından bəhs olunub, başa çatmış “Qara dəniz-Xəzər regionunda palçıq vulkanizmi təzahürünün qanunauyğunluqlarının müqayisəli analizi” mövzusu üzrə işlərin hesabatı və “Petrofiziki məlumatların klaster analizi və neyron şəbəkə üsulu ilə təhlili” adlı qrant layihəsinin icrası haqqında çıxışlar dinlənilib.
İclas struktur, kadr və digər məsələlərin müzakirəsi ilə davam edib.