Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Apr 2015 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI HAQQINDA

 

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti elmi seminarı keçirilib. Şuranın rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə İnstitutun “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinin kiçik elmi işçisi Rəqsanə Əsgərova “Hövzə modelləşdirilməsi əsasında aşağı Kür çökəkliyində Kürovdağ, Mişovdağ, Kalmas, Pirsaat neftli-qazlı yataqlarının dərin qatlarının neft-qazlılığının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Gənc mütəxəssis tədqiqat obyekti üzrə dərində yerləşən çöküntülərin karbohidrogen potensialına dair aparılan elmi tədqiqat işlərinin nəticələri haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Xatırladaq ki, gənc alimlərin elmi seminarlarının təşkilində məqsəd magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsidir.