Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 May 2015 Diqər xəbərlər Diqər xəbərlər

Qələbənin 70 illiyi qeyd olundu


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İnstitutun mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək müharibənin tarixinə nəzər salıb, qələbədə xalqımızın rolu, xüsusən də keçmiş Sovet ordusunu yanacaqla təmin edən Azərbaycan neftinin çıxarılmasında alimlərimizin, o cümlədən akademik Yusif Məmmədəliyevin müstəsna əməyindən bəhs edib.

Natiq elmi müəssisənin müharibədə iştirak etmiş əməkdaşı, AMEA-nın müxbir üzvü, professor Fərhad Əhmədbəylidən də bəhs edib. Qocaman alimin müharibədə iştirakı barədə məlumat maraqla qarşılanıb, alimə can sağlığı, uzun ömür arzulanıb.

Tədbir qələbəyə dair videomaterialın nümayişi ilə sona çatıb.