Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Sep 2015 Diqər xəbərlər Diqər xəbərlər

15 SENTYABR - "BİLİK GÜNÜ"


Sentyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar tədbir keçirilib. İnstitut kollektivinin övladları üçün nəzərdə tutulmuş tədbiri GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) təşkil edib. Komitənin sədri, geologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov uşaqları salamlayıb və AMEA, GGİ, ümumən elm haqqında qısaca və sadə üslubda məlumat verib. Alim və elmi müəssisələrin fəaliyyətinin nə qədər maraqlı və önəmli olduğunu izah edən natiq elmə gedən yolların məhz orta məktəblərdən başladığını bildirib. Qeyd olunub ki, uşaqlarla görüşdə məqsəd elmə xidmət edən vətəndaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə verməkdir.
Tədbirin bədii hissəsində 1-6-cı siniflər üzrə yeni dərs ilinə hazırlaşan uşaqlara peşəkar akytorlar tərəfindən əyələncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib. Uşaqlar isə maraqlı şeirlər deyib, rəqs edib və digər bacarıqlarını göstəriblər. Sonra şagirdlərə məktəb ləvazimatları və vəsaitləri təqdim olunub. Çanta, xətkeş, qələm, dəftər və digər hədiyyələr ümumən 43 uşağın könlünü oxşayıb. Onlar arasında 8 nəfər məktəbə qədəmini məhz bu il qoyaraq I sinif şagirdi adını qazanır.













AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com