Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Sep 2015 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC GEOLOQ BİŞKEKDƏ BAŞ TUTAN ELMİ KONFRANSDA İŞTİRAK EDİB


AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Arif Hüseynov 14-20 sentyabr tarixlərində Qırğızıstanın Bişkek şəhərində elmi ezamiyyətdə olub. Səfərin məqsədi qeyd olunan tarixlərdə Rusiya və Qırğıstanın Təhsil və Elm Nazirlikləri və eləcə də Qırğısıtan-Rusiya Slavyan Universiteti tərəfindən təşkil olunmuş “Ресурсовоспроизводящие, малоотходные и природоохранные технологии освоения недр” ənənəvi
14-cü Beynəlxalq Elmi Konfransda Azərbaycanı təmsil etmək olub. Gənc mütəxəssis, konfransda “Qobustanın dərində yatan çöküntülərinin karbohidrogen potensialı (palçıq vulkanlarının yanar şist və neftli süxurları əsasında )” adlı mövzu ilə geniş elmi məruzə edib. İştirakçıların çoxsaylı sualları ilə qarşılanan məruzə böyük marağa səbəb olub.  Arif Hüseynovun uğurlu məruzəsi Konfransın Elmi Təşkilat Komitəsi tərəfindən fərqləndirici seritifikata layiq görülüb.