Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Oct 2015 Diqər xəbərlər Diqər xəbərlər

RUSİYA ALİMLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB


 Oktyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Neytron fizikası laboratoriyasının 60 illik elmi tədqiqatlarına dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, laboratoriyanın direktoru fizika-riyaziyyat elmləri namizədi, professor Valeriy Şvetsovu salamlayıb, yubileylə əlaqədar onu və rəhbərlik etdiyi kollektivi təbrik edib.

Sonra, qonaq laboratoriyanın uzunmüddətli fəaliyyəti, o cümlədən tədqiqatları və nailiyyətləri, mühüm nəticələri haqqında geniş məruzə ilə çıxış edib. Mövzu çərçivəsində BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, texnika elmləri doktoru Sergey Tyutyunnikovun da çıxışı dinlənilib. Tədqiqatlarla bağlı məlumatlar seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, müzakirələr aparılıb, məruzəçilər sualları cavablandırıb. 

Daha sonra, “Yer qabığında yüksək dəqiq temperatur müşahidələri: nəticələr və onların tətbiqi (Azərbaycan ərazisi üçün)” mövzusunda məruzə dinlənilib. GGİ-nin Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov mövzu üzrə aparmış olduğu tədqiqatların nəticələrindən bəhs edib. Tədbir məruzəyə dair müzakirə və sual-cavablardan sonra başa çatıb.