Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Jan 2016 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAM ŞƏNLİKLƏRİ KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Həmkarlar İttifaqı Komitəsi 30 Dekabr 2015-ci il tarixində İnstitutda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar olaraq bayram konserti təşkil edib.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Samir Məmmədov tədbiri açaraq, elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edib, gələcəkdə belə təşəbbüslərin ənənə halını alacağını vurğulayıb. Tədbirin keçirilməsində əsas məqsəd GGİ-nin elmə xidmət edən əməkdaşlarının ailələrinin sosial təminatının yaxşılaşdırılmasıdır.

Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının əməkdar artisti, Dağıstan Respublikasının xalq artisti Əbülfəz-Oğuzun rəhbərliyi ilə “Zirvə” instrumental qrupunun konserti ilə keçib. Konsertdən sonra institutun əməkdaşları arasında müxtəlif yarışlar keçirilib və qaliblərə ümumilikdə 76 hədiyə təqdim olunub.