
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Jan 2016
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
2016-cı il yanvar ayının 28 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.
AMEA-nın müxbir üzvü S.C. Əkbərov "Yerin kompozit kürәsinin mәxsusi rәqslәrinin yeni tәdqiqatları haqqında" mövzusunda məruzə ilə çıxış etmişdir.
Yerin daxili quruluşu və geodinamik inkişafının nəzəri modellərinin yaradılması sahəsində fundamental tədqiqatlar aktual olaraq qalır. Dəqiq və Yer elmləri istiqamətlərində inkişaf və müasir texnologiyalarla əldə edilən məlumatlar bazalarının formalaşması bu istiqamətdə aparılan işlərə yeni təkan verir.
Təqdim olunan məruzədə qısa olaraq həm müşahidə nəticələrinin həm də bu sahədə aparılan elmi tədqiqatların icmalı verilmişdir. Bunların bazasında hal hazırda öz aktuallığını saxlayan məsələlərin qoyuluşu əsaslandırılmışdır.
Göstərilmişdir ki, mövcud olan işlәrdә Yer kürәsinin, adətən iki qrup modellərinə baxılıb: 1) bircins xәtti elastiki kürə; 2) içərisində maye olan, daxili və xarici sferik sәthlәrlә mәhdudlanan bircins xәtti elastiki mantiya. Bu işlәrdә xәtti elastodinamikanın sahә tәnliklәrindәn istifadә edilmişdir. Buna görə də Yer kürəsinin fırlanma və sferoidal rәqslәrinin bir-birindən asılı olmaması (ayrı - ayrılıqda) nəticəsinə gәlinmişdir.
Son zamanlar Yer kürәsinin mәxsusi rәqslәrinin nәzәri tədqiqatları daha mürәkkәb real modellәr çərçivәsindә və Yer kürәsinin öz oxu әtrafında fırlanmasının tәsirinin nəzərə alınması istiqamətində aparılmışdır. Bu tədqiqatlar da klassik xәtti elastodinamik nәzәriyyәsi və bircins elastiki cisim modeli çərçivəsində yerinə yetirilmişdir.
Yerin daxili quruluşunun qeyri bircinsliyi və müasir geodinamik dəyişmələrin təsiri yaxşı öyrənilməmişdir.
Tәqdim edilәn mәruzәdə yuxarıda göstərilәn (1) faktorunun nәzәrә alınması ilә әldә edilәn nәticәlәr şərh olunmuşdur. Yeni nəzəri yanaşmanın metodologiyasının yaradılması üçün ilkin yaxınlaşma kimi fәrz edilir ki, Yer kürәsi üç hissәdәn ibarətdir: xarici tәbәqә (yer qabığı) orta tәbәqә (yerin mantiya qatı) və daxili tәbәqә (yerin nüvəsi). Daxili vә xarici hissәlәr bircins elastiki, orta hıssә isә kәsilmәz qeyri-bircins elastiki cisim kimi modelləşdirilir. Kәsilmәz qeyri-bircins elastiki materiallar son zamanlar “funksiyonal dәrәcәlәndirilmiş materiallar” (inğiliscә Funcsionally Graded Material (FGM)) kimi adlandırılır. Hissə-hissə bircins cisim modeli çәrçivәsindә xәtti elastodinamikanın dәqiq tәnliklәrinə nəzərən qoyulmuş məsələ çərçivəsində yuxarıdakı kimi modelləşdirilən kompozit kürәnin mәxsusi rәqslәrinin parametrləri hesablanmışdır. Әdәdi nәticәlәr diskret-analitik metodun tətbiqi ilə әldә edilmişdir. Sonda alınmış nəticələrin təhlili və gәlәcәkdә bu istiqamәtdә aparılacaq tәdqiqatların istiqamətləri müəyyənləşdirilmişdir.
Alınmış nәticәlәrin bir hissәsi SEM: Structural Engineering and Mechanics jurnalında Akbarov, S.D., H.H. Guliyev, Yahnioglu, N. “Natural vibration of the three-layered solid sphere with middle layer made of FGM: three-dimensional approach” məqaləsi (Vol. 57, No. 2, s.239-263 (2016)) şəklində çap edilmişdir və XIX-cu Milli Mexanika Konqresində, 24-28 Avqust 2015, Karadeniz Teknik Universiteti, s. 427-438, "Fonksiyonel derecelendirilmiş malzemeden yapılmış içi boş üçkatlı kürenin torsiyonel serbest titreşiminin diskrit-analitik yöntemle incelenmesi" mövzusunda elmi məruzədə təqdim edilmişdir (müəlliflər: H. Quliyev, S.D. Akbarov ve N. Yahnioğlu).
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)