Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
21 Oct 2015
Diqər xəbərlər
YER QABIĞINDA TEMPERATUR MÜŞAHİDƏLƏRİNƏ DAİR ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda institutun “Yer qabığında yüksək dəqiq temperatur müşahidələri: nəticələr və onların tətbiqi (Azərbaycan ərazisi üçün)” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov geniş məruzə ilə çıxış edib. O, mövzuya dair aparmış olduğu tədqiqatların nəticələrindən bəhs edərək bildirib ki, Yer qabığında ilk temperatur müşahidələrindən 200 ilə yaxın bir dövr keçir. Bu müddət ərzində geotermik tədqiqatlar xeyli inkişaf etmiş, ölçü cihazları, tədqiqat obyektləri, tədqiqatların məqsədi və mahiyyəti kökündən dəyişmişdir. Bunun səbəblərindən biri də müasir dövrdə yüksək dəqiqlikli ölçü cihazlarının tətbiqi və daha etibarlı nəticələrin alınmasıdır.
Geotermik tədqiqatlar zamanı ölçülən və nəticələri ən cox tətbiq olunan parametr temperaturdur. Keçən əsrin 70-80-ci illərində bir tərəfdən geofiziki tədqiqatlarda qarşıya qoyulan tələblər, digər tərəfdən isə ölçmə texnologiyaları və cihazlarının inkişafı geotermiya sahəsində yüksək dəqiq temperatur məlumatlarının (həssaslıq 0.001°C və dəqiqlik 0.01°C) əldə edilməsinə gətirib çıxarmışdır. Azərbaycan ərazisində də bu cür yüksək dəqiqlikli tədqiqatlar aparılmağa başlanmışdır. Qeyd etmək lazımdır ki, son dövrlərin nailiyyətlərindən biri də informasiya texnologiyalarının inkişafı və elektron məlumat bazalarının yaradılmasıdır. Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsində də geotermik məlumat bazası yaradılmış, həmin məlumatları geologiya və geofizikanın müxtəlif sahələrinə tətbiq etməklə bir sıra yeni elmi nəticələr əldə edilmişdir.
Bunlardan biri geotermiya sahəsində alınan nəticələrin (quyu temperaturlarının) paleoiqlim tədqiqatları istiqamətində tətbiqidir. Quyu temperaturlarının 0.01°C dəqiqliklə ölçülməsi əsas şərtlərdəndir. Bu tədqiqatlar nəticəsində Kür çökəkliyinin şimal hissəsində (Qaraca və Gəmiqaya strukturlarında) iki quyuda olçülmüş yüksək dəqiq temperatur məlumatları əsasında son yüzillikdə Azərbaycanda iqlim temperaturlarının təxminən 1°C artdığı müəyyən edilmışdir. Bu Qafqaz ərazisində həmin istiqamətdə aparılan yeganə işdir.
Temperatur ölçmələrinin yüksək dəqiqliyinin tələb olunduğu başqa bir istiqamət palçıq vulkanlarında aparılan geotermik tədqiqatlardır. Azərbaycanın palçıq vulkanlarının krater sahəsində aparılan tədqiqatlar bu vulkanların boğazı boyunca intensiv istilik daşındığını aşkar etməyə və palçıq vulkanının fəaliyyət mexanizminə aydınlıq gətirməyə imkan vermişdir.
Geotermal məlumat bazasının yaradılması burada toplanan məlumatların dəqiqlik dərəcəsinə görə seçilib ayrılması və yeni keyfiyyətli geotermik xəritələrin qurulmasına imkan yaratmışdır. Aparılmış tədqiqatlar nəticəsində Azərbaycan ərazisinin müxtəlif dərinlik kəsilişləri üçün temperaturların və geotermik qradiyentlərin, istilik selinin sıxlığının, müxtəlif stratiqrafik komplekslərin sərhədlərində isə temperaturların paylanması xəritələri tərtib edilmişdir. Geotermal məlumat bazası əsasında Azərbaycan ərazisinin geotermal enerji potensialı qiymətləndirilmiş və Kür çökəkliyi üçün petrotermal enerji resurslarının paylanma xəritəsi tərtib edilmişdir.
Məruzəçi təəssüflə qeyd etdi ki,respublika ərazisində yüksək dəqiqliklə yeni geotermik tədqiqaların (quyularda ölçmə işlərinin) aparılması imkanları çox məhduddur və bu səbəbdən də geotermik tədqiqatların yeni səviyyədə inkişaf etdirilməsi çətinləşir. Bunu nəzərə alaraq, Azərbaycanda geofiziki müşahidə şəbəkəsinin inkişaf etdirilməsi və şəbəkə çərçivəsində quyularda dəqiq temperatur monitorinqinin qurulması məqsədəuyğun olardı.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.