Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Feb 2016 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA RƏHBƏR HEYƏTİN MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLİB


Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya  və Geofizika institutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirildi. Tədbiri müəssisənin Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun əvəzində ümumi işlər üzrə direktor müavini Samir Məmmədov açıb. 

Sonra institutun Mülki Müdafiə Qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edib. O, əvvəlcə toplantı iştirakçılarını mülki müdiafiə sahəsində işlərin təkmilləşdirilməsi məqsədi ilə AMEA Rəyasət Heyəti və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən imzalanmış sərəncamlarla tanış edib.


O.Fərzəliyev nitqinə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusu üzrə geniş məruzə ilə davam edib.O, məşqin planı haqqında danışıb. Bildirib ki, məşqin əsas məqsədi mülki müdafiə planının reallığının yoxlanılması və dəqiqləşdirilməsi, rəhbər, mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin nəzəri bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Məruzəçi təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatlar verib.Bildirib ki, 2015-ci il ərzində respublika ərazisində 13 min 658 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min 370 hadisə və ya 21 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 237 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 208 nəfər xilas edilib, 802 nəfər təxliyə olunub.


İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri və üzvlərinin, mülki müdafiə sahəsinə məsul olan şöbə və laboratoriya müdirlərinin funksional vəzifələri, həmçinin  ştat-vəzifə strukturu, təxliyə planı, fövqəladə hadisələr zamanı idarəedilmə və idarəetmə məntəqələri, mülki müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili haqqında da məlumatlar verilib.


Sonda təbii dəm qazının yaratdığı təhlükələr, 2015-ci ildə respulikamızda texnogen və təbii səbəblərdən baş vermişyanğın hadisələrinə dair videomaterial izlənildi.