Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 Feb 2016
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU YENİ MAGİSTRLARI QƏBUL ETMƏYƏ HAZIRLAŞIR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-2017-ci il təhsil müddətində 4 magistr qəbul etməyə hazırlaşır. Qəbul planı AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunub.
İnstitutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov bildirir ki, yeni gənc alimlərin təhsili üçün müəssisədə lazımi imkanlar yaradılıb. Burada magistrlar maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə daha irəli getmiş alimlərdən dərs alır, onlarla birgə çöl işlərində iştirak edir, işi birbaşa tədqiqat başında öyrənə bilirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqlardan ibarət laboratoriyalarında magistrlar üçün iş şəraiti yaradılıb.
Bunlardan əlavə, institutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində qısa və uzun müddətli təlimlərə qatılır, ixtisasartırma proqramları, konfrans və seminarlarda iştirak edir, həmçinin xarici həmkarları ilə əlaqələr quraraq distant şəkildə də təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılar üçün ingilis dili kursları təşkil olunur və onlar əcnəbi həmkarlarla ünsiyyət mühitində xarici dil bacarıqlarını da inkişaf etdirirlər. Bütün bunların nəticəsində magistrlar GGİ-də öz ixtisasları üzrə sənət əldə etmək, təcrübəli kadr kimi yetişmək imkanı qazanırlar.
D.Hüseynov onu da qeyd edir ki, 3 il əvvəl Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlanmış müqavilələr əsasında GGİ-də həmin təhsil müəssisələrinin müvafiq fakültələrinin baza kafedraları təşkil olunub və indiyə qədər burada magistrlara dərslər keçilir. Bu təcrübə genişləndirilərək, 2015-ci ildə TQDK tərəfindən təşkil olunmuş test üsulu ilə GGİ-yə ilk magistr qəbul olunub və hazırda qış sessiyasını uğurla başa vurub.