Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Mar 2016 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” SEMİNARI


2016-cı il mart ayının 31 saat 15:00-da Geologiya və Geofizika İnstitutunun akt zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçiriləcəkdir.

Seminarın mövzusu: “Seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modelləri haqqında”. Məruzəçilər: AMEA-nın müxbir üzvü Q.C. Yetirmişli, g.-m.e.d. T.Y. Məmmədli.


Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.