Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 May 2016 Diqər xəbərlər Diqər xəbərlər

QAFQAZIN NEOTEKTONİK XƏRİTƏSİNİN HAZIRLANMASI PLANLAŞDIRILIR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ)alimləri Gürcüstan və Rusiyalı həmkarları ilə birgə “Qafqazın neotektonik xəritəsi”ni tərtib etməyi planlaşdırır.Buradageoloji təkamülün ən yeni dövründə –son 10-12 milyon il ərzində Qafqazın ərazisinin dərinliklərindəgeotektonik hərəkətlər, şaquli və üfüqi proseslərin diferensiasiyası, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar öz əksini tapacaq. AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə nəzərdə tutulan layihəbügünlərdə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA)müzakirə olunub.AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA-nın müxbir üzvü Tələt KəngərliGMEA-nınvitse-prezidenti, akademik İrakli Qamkrelidze, həmçinin Yer Elmləri İnstitutunun rəhbərliyi və heyəti ilə görüşüblər. Görüşlər zamanı sözügedən xəritənin tərtibi istiqamətində qarşılıqlı imkanlar araşdırılıb.

GGİ əməkdaşlarınıneyni məqsədlə növbəti görüşü mayın sonundaRusiya Elmlər Akademiyasının Geologiya və Yerin Fizikası İnstitutlarında olacaq.Üç ölkənin alimlərinin səyləri ilə hazırlanacaq xəritənin nəşri 2018-ci il üçün nəzərdə tutulur.