Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Oct 2016 Diqər xəbərlər Diqər xəbərlər

AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA HƏRBİLƏŞDİRİLMƏMİŞ MÜLKİ MÜDAFIƏ DƏSTƏLƏRİ İLƏ XƏBƏRDARLIQ VƏ TOPLANIŞ ÜZRƏ MƏŞQİ KEÇİRİB


20 oktyabr 2016-cı il

AMEA Geologiya və Geofizika İnstitutunda 20 oktyabr 2016 –cı il tarixində hərbiləşdirilməmiş Mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib. 
İnstitutun mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev iclası açaraq məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.

Sonra natiq, Fövqəladə hadisə zamanı xəbərdarlıq “Toplanış” siqnalını aldıqda  hərbiləşdirilməmiş  dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirilməsini öyrənməklərini və  bununla əlaqədar İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyindən söhbət açıb.

Məşq zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.











AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com