Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Oct 2016 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB

 
24 oktyabr 2016-cı il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistrant, doktorant və gənc alimlərin növbəti seminarı keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrlik etdiyi tədbirdə “Şəhərsalmaya uğramış ərazilərin təbii və texnogen çirklənmə mənbələri” mövzusunda məruzə dinlənilib. Əvvəlcə O.Abbasov ətraf mühit çirklənmələrinə qarşı elmi tədqiqatların əhəmiyyətindən danışıb və bu mənada seminarın mövzusunun xüsusi aktuallıq daşıdığını qeyd edib.

Sonra GGİ-nin Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin böyük laborantı, magistrant Günel Vəliyeva qeyd olunan məruzə ilə çıxış edərək mövzu üzrə tədqiqatlarından və tətbiq etdiyi metodlardan danışıb, aldığı nəticələri həmkarları ilə bölüşüb. Məruzə maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra seminar başa çatıb.








AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com