
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Nov 2016
Diqər xəbərlər
II AZƏRBAYCAN ELM FESTİVALI ÇƏRÇİVƏSİNDƏ MƏRUZƏLƏR DİNLƏNİLİB
1 noyabr 2016-cı il
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda II Azərbaycan Elm Festivalı çərçivəsində müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının məruzələri məruzələr dinlənilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq qonaqları salamlayıb. Festivalın əhəmiyyətindən danışan alim bildirib ki, intellektual cəmiyyətin qloballaşdığı dövrdə bilik və təcrübələrin paylaşılması, elmin müxtəlif istiqamətləri arasında əlaqələrin möhkəmləndirilməsi dövrün tələblərindəndir. Bu baxımdan müxtəlif universitet və elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən GGİ kollektivi üçün məruzələrin təşkili böyük önəm daşıyır.
Sonra, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya, Radiasiya Problemləri, Molekulyar Biologiya və Biotexnologiyalar institutları, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən alimlər müxtəlif mövzularda çıxış ediblər. Çıxışlar əsasən geologiya, neft sənayesi, ekologiya, tibb və digər sahələri əhatə edib.
Məruzələr GGİ kollektivi tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com