Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Dec 2016 Diqər xəbərlər Diqər xəbərlər

Neft və qaz geologiyası və geofizikası şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri namizədi, Ağayev Xanlar Böyükağa oğlu

Tel.: +(99412) 5392760
Faks: +(99412) 4975285
E-mail: khagayev@yahoo.com

Tədqiqat istiqam ətləri:
  • məhsuldar qat çöküntülərinin petrofiziki xassələrinin və neft-qazlılığının quyu geofiziki tədqiqat və seysmik kəşfiyyat məlumatlarına görə tədqiqi;
  • süxurların petrofiziki xassələri arasındakı əlaqələrin neyron şəbəkələri ilə klasterlərə ayrılmış quyu geofiziki tədqiqat məlumatlarına görə müəyyən edilməsi;
  • mühitin ölçüsü aparılmamış petrofiziki xassələrinin neyron şəbəkələrindən istifadə etməklə proqnozlaşdırılması;
  • geofiziki məlumatların emalı və interpretasiyasında yeni üsulların, proqram paketlərinin tətbiq edilməsi, alqoritmlərin və proqramların işlənilməsi.

Şöbədə geofiziki məlumatların emalı və interpretasiyası dünyanın bir çox ölkələrində və həmçinin Azərbaycanda tətbiq edilən müxtəlif metodlardan, müasir geofiziki kompüter proqram paketlərindən istifadə etməklə aparılır. Şöbədə aparılan tədqiqatlar nəticəsində:
  • Neft Daşları və Pirallahı yataqları üzrə qazıma zamanı və kəmər buraxılmış quyularda aparılmış geofiziki tədqiqat məlumatları əsasında məhsuldar qat çöküntülərinin petrofiziki xassə modelləri qurulmuş və neftliliyi öyrənilmişdir. Pirallahı yatağında klaster analizi nəticələrinə görə petrofiziki xassə üzrə fasiyaların paylanması xəritələri tərtib edilmişdir.
  • Günəşli, Şahdəniz və Naxçıvan strukturlarında bir neçə quyunun geofizki məlumatları neyron şəbəkələri ilə klasterlərə ayrılaraq onlara görə süxurların petrofiziki xassələri arasında əlaqələr tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, əlaqələr mürəkkəb formadadır, petrofiziki xassənin birinə görə digərinin emprik aslılıqla proqnozlaşdırılması lazımi dəqiqliyi təmin etmir.
  • Şöbədə işlənilmiş mеtod ilə mühitin ölçüsü aparılmamış petrofiziki xassələrinin birölçülü modelləri Günəşli və Şahdəniz strukturları üzrə, ikiölçülü modelləri Naxçıvan və Şahdəniz strukturları üzrə neyron şəbəkələri ilə proqnozlaşdırılmışdır.
  • Tədqiqatlar zamanı xarici ölkələrdə işlənilmiş seysmik və quyu geofiziki məlumatlarını interpretasiya etməyə imkan verən “DV-SeisGeo”; neyron şəbəkələri ilə işləmək üçün “NeuroXL” və Geologiya İnstitutunda seysmik modelləşdirilmə üçün işlənilmiş “Geopress” proqram paketləri istifadə edilir.
  • Seysmik və quyu geofiziki məlumatlarının emalı və interpretasiyası üçün bəzi alqoritmlər və kompüter proqramları işlənilmişdir.