
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
08 Dec 2016
Diqər xəbərlər
Neftin geokimyası şöbəsi
Şöbə rəhbəri fizika-riyaziyyat elmləri doktoru Martınova Qalina Sergeyevna
Tel.: +(99412) 5395619
Faks: +(99412) 4975285
E-mail: martgs@rambler.ru
Tədqiqat istiqamətləri:
- neftin geokimyası;
- neft biomarkerlərin öyrənilməsi;
- xromatomass-spektrometriya;
- element analizi;
- işığın dinamik paylanması;
- TQA/DSK tədqiqi.
Azərbaycan neftlərinin geokimyəvi tədqiqi respublika və xarici alimlərin işlərinə əsaslanır: H.Aşumov, F.Səmədova, İ.Quliyev, A.Hacıqasimov, A.Kantorovic, O.Bajenova, Al.Petrov, Q.Qordadze, J.Xant, B.Tisso, D.Velte.
Geokimyəvi üsulların tətbiqi, üzvi maddələrin, onların bitum və karbohidrogen tərkibinin tədqiqi və Abşeron arxipelaqının neft-qazlılığının geokimyəvi baxımından müəyyən edilməsi nəticəsində mühüm və maraqlı nəticələr alınmışdır.
Fluidlərin geokimyəvi kriterilərinin öyrənilməsinin nəticələri əsas götürülərək şöbə işçiləri tərəfindən karbohidrogenlərin faza vəziyyəti müəyyən edilir.
Bununla əlaqədar aşağıdakı istiqamətlər üzrə tədqiqatlar aparılır: neftin xarakteristikası və tiplərə ayrılması; neftin əmələgəlmə mənbəyi; naftidlərin katagenetik qiymətləndirilməsi və müqayisəsi. Bununla yanaşı, neftlərdə aşkar edilən mikroelementlərin paylanması öyrənilir.
Vanadium və nik el elementlərinə – biogen element olmaları ilə bağlı daha çox diqqət ayrılır.
Şöbədə neftin komponentləri də tədqiq edilir: alkanlar, siklanlar və izoprenoidlər. Fraksiya tərkibi C3-C40.n-alkanlar vasitəsi ilə neftlər geokimyəvi tiplərə ayrılır. Biomarkerlər fingerprint olaraq təbii neftləri xarakterizə edən karbohidrogenlərdir. Onların quruluşu və bioloji əsasları nəzərə alınaraq, neftin yetişməsi, katagenez mərhələləri, mühitin oksidləşmə-reduksiya şəraiti və üzvi maddələrin toplanması haqqında fikir söylənilir.
İşığın dinamik paylanması metodu vasitəsi ilə neftlərdə nanoölçülü quruluş müəyyən edilir.
“Neftin geokimyası” şöbəsində müasir instrumental analiz üsulları ilə aparılan tədqiqatlar və işləmələr dənizdə və quruda neft-qazlılığın proqnozu ilə əlaqədar mühüm məsələlərin həllinə öz töhfələrini verir.
Şöbənin əməkdaşları tərəfindən “Azərbaycan neftinin atlası” hazırlanır.