Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Dec 2016 Diqər xəbərlər Diqər xəbərlər

Petrologiya şöbəsi


Şöbə rəhbəri: geologiya-mineralogiya elmləri doktoru, professor Məmmədov Musa Nəsib oğlu

Tel.: +(99412) 5100141
Faks: +(99412) 4975285
E-mail: musamamedov@rambler.ru

Tədqiqatların istiqamətləri:
  • petrologiya;
  • ilkin maqmatik ərintilərin təkamül proseslərinin fiziki-kimyəvi aspektləri;
  • maqmatik proseslərin zaman və məkan çərçivəsində formalaşmalarının müxtəlifliklərinin geodinamik səbəbləri;
  • maqmatik ərintilərin kristallaşma və metasomatik dəyişmə mərhələlərinin mineral paragenezisləri;
  • maqmatik ərintilərin filiz əmələgətirmə və yerləşdirmə proseslərində filizəmələgətirən mikroelementlərin miqdarı davranışlarının indikator rolu 

Şöbənin əməkdaşları tərəfindən: 
  • Aralıq dənizi qırışıqlıq əyalətinin Qafqaz-Zaqros kəsiyinin müxtəlif yaşlı maqmatik komplekslərinin formalaşmasının fiziki-kimyəvi və bu prosesə nəzarət edən geodinamik proseslərin qarşılıqlı petrogenetik əlaqələri araşdırılmışdır.
  • Qafqaz-Zaqros kəsiyində inkişaf tapmış maqmatik komplekslərin müxtəlif petrogenetik mənşəli ilkin ərintilərinin təkamül proseslərinin kristallaşma mərhələlərində birbaşa iştirak edən mineral paragenezislərinin köməyilə onların kristallaşmalarının termobarik şəraitləri təyin edilmişdir.
  • Lök-Qarabağ-Pont qurşağı boyunca inkişaf tapmış adalar qövsünün ensimatik və ensialik hissələrində yayılmış yura və təbaşir yaşlı maqmatik komplekslərin ilkin ərintilərinin müxtəlif sıxlıqlı bünövrələrin əriməsi nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur.
  • Qarabağ blokunun geoloji inkişafının santon-kampan mərhələsində yüksək temperaturlu qalıq ərinti karbonat tərkibli təmas süxurları ilə qarşılıqlı termiki reaksiyaya girərək, subqələvi pikrit və teşenitərintilərinin əmələ gəlməsinə şərait yaratmışdır.
  • Murov antiklinorisinin şimal-şərq yamacında orta yura yaşlı vulkanit¬lərin içərisində aşkar olunmuş səciyyəvi möhtəvivari olivinli-piroksenli pikritlərin iki mərhələdə kristallaşmaqla akkresion zonada əmələ gəldiyi əsaslandırılır.
  • Talış terreyninin cənubdan mezotetis okeanın Vedi-Zəngəzur-Allahyarlı, şimaldanisə Göycə-Həkəri qolları ilə əhatələndiyi nəzərə alınmaqla eosen yaşlı vulkano-plutonik assosiasiya süxurların metasomatik dəyişmiş mantiya bünövrəsinin əriməsi nəticəsində əmələ gəldiyi göstərilir.
  



Geodinamik əsasda Azərbaycan tektonik xəritəsi.
Miqyas 1:1 000 000



   

Qafqazın (Azərbaycan hissəsi) strukturlarında
 filizli komplekslərin yerləşməsi