Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Dec 2016 Diqər xəbərlər Diqər xəbərlər

Mineralogiya və geokimya sektoru


Kabinetin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor Məmmədov Musa Nəsib oğlu

Tel.: +(99412) 5100141
Faks: +(99412) 4975285
E-mail: musamamedov@rambler.ru

Kabinetin əsas elmi istiqamətləri:
  • Maqmatik proseslərin petrologiyası;
  • Süxurəmələgətirən mineralların tipomorfizmi, struktur vəziyyəti, paragenezisləri;
  • Maqmatik ərintilərin təkamülü prosesində süxur- və filizəmələgətirən mineralların davranışının geokimyəvi aspektləri.

Petroloji-geokimyəvi faktorlar əsasında Talış zonasında və Xocavənd əyilməsində ikimərhələli əriməyə məruz qalmış, sıxlığı azalmış mantiyanın mövcudluğu müəyyən olunmuşdur.

Talış zonasında subqələvi qranatlı peridotit substratından ilkin mərhələdə absorakit-şoşonit (5-7%), ikinci mərhələdə isə subqələvi pikrit ərintisi (15%-ə qədər) ayrılmışdır.

Xocavənd əyilməsində tərkibcə metasomatitləşmiş şpinelli peridotitə uyğun olan substratdan ilkin mərhələdə subqələvi olivinli bazalt (0,1 %), ikinci mərhələdə isə teşenit (15%-ə qədər) ərintisi ayrılmışdır.