Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Jan 2017 Diqər xəbərlər Diqər xəbərlər

Eksperimental petrofizika şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri doktoru Səfərov İbrahim Bayram oğlu

Əsas fəaliyyət istiqamətləri:
 
  • geofiziki sahələrin dəyişkənliyinin əksolunması və yer təkinin geofiziki sahələrinin variasiyasının petrofiziki modelləşdirilməsi;
  • petrofiziki sahələri modelləşdirilən və geoloji mühitlərin geostruktur xüsusiyyətlərini, o cümlədən geofiziki zonallığı və yer təkinin qeyri-bircinsli dəyişməsini nəzərə almaqla tərtib edilmiş qrafik təsəvvürlərin tərtib edilməsi;
  • konkret geoloji regionların petrofiziki modelləşdirmə ərazisində seçilən əsas geostruktur zonaların petrofiziki modelləşdirilməsinin həyata keçirilməsi;
  • təbii geofiziki sahələrin xarakteristikalarının fəza dinamikası haqqında kifayət qədər informativ təsəvvürlərin yaradılması.

Əsas elmi nəticələr:
 
  • Yer qabığının və üst mantiyanın petrofiziki modellərinin qurulması texnologiyasının inkişaf etdirilməsi;
  • Yer qabığının raleostresin əsas komponentlərinin nisbi dəyərlərinin qiymətləndirməsi üçün metodologiyanın inkişaf etdirilməsi;
  • Yer təki müxtəlifliliyinin və fiziki parametrlərinin dəyişkənliyinin modelləşdirilməsi.