
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Mar 2017
Diqər xəbərlər
AZƏRBAYCAN ALİMLƏRİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
1 mart 2017-ci il
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Akif Musayev Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" beynəlxalq konfransında iştirak ediblər. Amerikanın Fizika, İngiltərənin Kral Fizika Cəmiyyətlərinin və Şarjah Amerika Universitetinin birgə həyata keçirdiyi tədbirə dünyanın 40-a yaxın ölkəsindən 500-ə yaxın alim və mütəxəssis qatılıb. Dördgünlük konfrans zamanı fizikanın müasir istiqamətləri üzrə alınmış nəticələrə dair çıxışlar dinlənilib, müzakirə aparılıb.
Akademik H.Quliyev konfransın astrofizika seksiyasının “Mars-Günəş sistemi” bölməsində "Yerin bərk nüvəsi haqqında yenilik" adlı məruzə ilə çıxış edib. O, "Aləmin əbədi dövranı paradiqması" mövzusunda çıxışını isə poster formatında "Astrofizika, Kosmos və planetlər fizikası" bölməsində təqdim edib. Təqdimatlar maraqla qarşılanıb, suallar cavablandırılıb.
Alimlərimiz Almaniyanın Milli Metrologiya İnstitutunun prezidenti, professor Yoahim Ulrix, Şarjah Amerika Universitetinin fizika fakultəsinin dekanı, professor Ali Alnaser, Amerikanın Nyu-Meksiko Dövlət Universitetinin professoru Heinz Nakotte, Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Elektron İnstitutunun professoru Viktor Tarasenko, Beyrut Ərəb Universitetinin alimi Hanan Talal Rahal və digər görkəmli alimlərlə təcrübələrini bölüşüb, əməkdaşlığa dair müzakirələr aparıblar.
Konfransın sponsoru olan “IOP Publishing” şirkəti bir sıra iştirakçıları, o cümlədən akademik H.Quliyevi bu nüfuzlu elektron elm platformasına 6 ay müddətində ödənişsiz girişlə təmin edib.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com