Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Mar 2018 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-NIN BİR NEÇƏ İNSTİTUTUNDA STRUKTUR VƏ KADR DƏYİŞiKLİKLƏRİ OLUB

 
15 mart 2018-ci il

AMEA Rəyasət Heyətinin növbəti iclasında bir neçə institutunda struktur və kadr dəyişiklikləri barədə qərar qəbul edilib.

Müvafiq qərarla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib.

Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.

İclasda kadr məsələlərinə də baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini və filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov isə həmin institutun elmi katibi vəzifəsinə təyin ediliblər.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru