Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Mar 2017 Diqər xəbərlər Diqər xəbərlər

“WEB OF SCIENCE” PLATFORMASINDAN İSTİFADƏ QAYDALARINA DAİR SEMİNAR KEÇİRİLDİ

 
2 mart 2017-ci il

AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində seminar keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək dünyada ən nüfuzlu elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar haqqında məlumat verib. Bildirib ki, platformada 18 min elmi jurnal yer alır və onlardan 13 mini impakt faktor qazanıb. Onları oxuya bilmək üçün təsdiq olunmuş IP ilə webofknowledge.com ünvanında qeydiyyatdan keçmək tələb olunur.

Sözügedən sistemə məqalə yerləşdirmək üçün isə materiallara müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən rəylər verilməsi vacibdir. Həmçinin, məqalələrə istinad prosesinin şəffaf olması da əsas şərtlərdəndir.

A.Babazadə platformada məqalələrin axtarılması qaydalarını da əyani şəkildə nümayiş etdirib.

Tədbir maraqla qarşılanıb və çoxsaylı suallardan sonra başa çatıb.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com