Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Jun 2017 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGIYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ TƏŞKİL OLUNUB


1 iyun 2017-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə bayram tədbiri keçirilib.

İnstitut əməkdaşlarının 3-7 yaşlı uşaqları üçün nəzərdə tutulmuş tədbiri İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü Aysel Cəbrayılova açaraq balaca iştirakçıları salamlayıb, onların bayramlarını təbrik edib. Bayram yığıncağının bədii hissəsində peşəkar akytorların ifasında müxtəlif nağıl qəhrəmanları canlandırılıb, uşaqlarla əyləncəli oyunlar keçirilib, maraqlı sirk nömrələri təqdim olunub. Tədbirin sonunda 80-dən çox uşağa müxtəlif hədiyyələr verilib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov bildirib ki, Azərbaycan və dünya üçün xüsusi əhəmiyyət kəsb edən təqvim günlərilə əlaqədar bayramlar, anım günləri və s. İnstitut rəhbərliyinin dəstəyilə təmsil etdikləri Şura tərəfindən daim ənənəvi qeyd olunur.