
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Jun 2017
Diqər xəbərlər
CƏNUB RAYONLARINDA RADON QAZININ TƏHLÜKƏ YARATDIĞI RAYONLAR ÖYRƏNİLİR
13 iyun 2017-ci il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir.
Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edir.
Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com