
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Sep 2017
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU CƏNUBİ KOREYADA SİMPOZİUM TƏŞKİL EDİB
7 sentyabr 2017-ci il

Konqresin təşkilat komitəsinin təklifi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu sözügedən tədbir çərçivəsində “SM144: Müasir multidistiplinar geomexaniki problemlər” mövzusunda bir bölmədən ibarət simpozium təşkil edib. Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Hətəm Quliyevin rəhbərlik etdiyi simpoziumun gündəliyinə Azərbaycandan 12 məruzə təqdim olunub. Onlardan 6-sı şifahi olmaqla Yerin daxili nüvəsi, deformasiya prosesləri, karbohidrogen yataqları, Cənubi Xəzər hövzəsinin kristallik özülü və digər geoloji-geofiziki mövzuları əhatə edib.
H.Quliyevin iki məruzəsi maraqla qarşılanıb və müzakirə olunub. Müzakirələrdə simpoziumda təmsil olunan ölkələrin alim və mütəxəssisləri ilə əməkdaşlıq imkanları araşdırılıb, konkret tədqiqat hədəfləri müəyyənləşdirilib.
Akademikin simpoziumda təşkilatçı kimi iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com