
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 Nov 2021
Diqər xəbərlər
GGİ-də BU İL ƏLDƏ EDİLMİŞ MÜHÜM ELMİ NƏTİCƏLƏR AÇIQLANIB
24 noyabr 2021-ci il
AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutu Elmi şurasının birgə keçirilmiş iclasında 2021-ci il ərzində GGİ-də əldə edilmiş mühüm elmi nəticələr açıqlanıb.
Cənubi Xəzər hövzəsində akkresiya prizmasının süxur-flüid sisteminin fiziki və izotop-geokimyəvi xassələrinin və termobarik şəraitinın kompleks tədqiqatları əsasında onun məkanca heterogenliyi müəyyən edilmişdir. İcraçı akademik Əkpər Feyzullayevdir.
Yeni metodiki yanaşmanın tətbiqi ilə regionun tarixi-təbii irsinin müasir vəziyyətini və inkişaf qanunauyğunluğunu əks etdirən, təbiət elmlərinin müxtəlif sahələri (geologiya, coğrafiya, botanika, zoologiya və s.) üzrə əlavə mətn yüklü tematik xəritələr toplusu şəklində “Qarabağın təbii ehtiyatları Atlası” ilk dəfə hazırlanaraq nəşr edilmişdir. Tədqiqat qrupuna AMEA-nın Geologiya və Geofizika İnstitutu, Coğrafiya İnstitutu, Botanika İnstitutu, Zoologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Tarix İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti daxildir. Elmi məsləhətçi AMEA müxbir üzvü Tələt Kəngərlidir.
Cənubi Xəzər çökəkliyinin neftlərində adamantoidlər fəsiləsinin almazabənzər karbohidrogenlərinin strukturunun identifikasiyası əsasında neft-qaz-əmələgətirən süxurların ifratdərin yatımı (13 km-dən artıq) şəraitində flüid-generasiyası bir daha təsdiq edilmişdir. İcraçılar akademik İbrahim Quliyev, f.-r.e.d. Qalina Martınova, böyük el.iş. Olqa Maksakova, böyük el.iş. Rəhilə Nənəcanova və g.-m.e.n. Arzu Cavadovadır.


