Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
25 Oct 2017
Diqər xəbərlər
MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİNİN GENEZİSİ VƏ PALEOCOĞRAFİYASINA DAIR ELMİ NƏTİCƏLƏR MÜZAKİRƏ OLUNDU
25 oktyabr 2017-ci il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda Azərbaycanda məhsuldar qat çöküntülərinin genezisi və paleocoğrafiyası haqında yeni məlumatlara dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Tədbir müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun rəhbərliyi ilə baş tudub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru Çingiz Xəlifəzadə geniş məruzə ilə çıxış edərək mövzu üzrə aparmış olduğu tədqiqatların nəticələrindən danışıb. Bildirib ki, Azərbaycanda məhsuldar qat (MQ) çöküntülərinin paleocoğrafiyası və genezisinin aydınlaşdırılmasında bir sıra Azərbaycan və rus alimlərinin müstəsna rolu olmuşdur. Bu problemlə bağlı son zamanlar Qərb ölkələrinin aparıcı tədqiqatçılarının maraqlı məqalələri nüfuzlu elmi jurnallarda çap olunmuşdur. Ancaq buna baxmayaraq MQ-nin paleocoğrafiyasının və genezisinin aydınlaşdırılmasında bir sıra qaranlıq məsələlərin qalması və vahid konsepsiyanın işlənilib hazırlanması ilə əlaqədar kompleks sedimentoloji və geofiziki tədqiqatların aparılmasına böyük ehtiyac yaranmışdır.
Məruzədə son 20 ildə MQ-nin paleocoğrafiyası və genezisi üzrə aparılmış kompleks sedimentoloji tədqiqatlar nəticəsində əldə olunmuş yeni məlumatlar öz əksini tapmışdır:
1. MQ çöküntüləri transqressiv quruluşa malikdir. Hövzənin 2∙106 il davamiyyətli inkişafında 4 transqressiya və bir böyük reqressiya baş vermiş və transqressiyalar nəticəsində MQ hövzəsinin ərazisi və su həcmi qərbə, şərqə və şimala doğru zaman-zaman genişlənmiş və uyğun olaraq onun su həcmi artmışdır.
2. Son transqressiya əvvəlkilərdən fərqli olaraq, uzunmüddətli (0,6-0,7∙106 il) nəhəng regional xarakter daşımışdır. Balaxanı-Sabuncu transqressiyası adlandırılan bu transqressiya nəticəsində MQ hövzəsinin ərazisi və su həcmi 2-2,5 dəfə artmışdır. MQ hövzəsi inkişaf etmiş kontinental şelfə, kontinental yamaca və dərin dəniz hövzəsinə malik böyük kontinentaldaxili hövzəyə çevrilmişdir. Balaxanı-Sabuncu hövzəsi müasir Xəzər dənizindən fərqli olaraq oval morfologiya kəsb etmiş və sensustrikto tip hövzələrə məxsus olmuşdur.
3. Suraxanı əsrində MQ hövzəsində transqressiya tamamilə sönmüş, aşınma zonaları nisbətən peneplenləşmiş, ancaq arid iqlim şəraiti davam etmişdir. Bu dövrdə MQ hövzəsi dayazlaşaraq xırda göllərə, laqun və körfəzlərə parçalanmışdır. Su mübadiləsi zəif olan hövzələrdə yay fəslində halogenez prosesi yaranmış və nazik gips və sepiolitin, qış fəslində isə qonur-qırmızı gillərin növbələşməsi ilə nəticələnmişdir. Daha sonra MQ hövzəsi tamamilə qurumuş və yarımsəhraya çevrilmiş və kontinental eroziya başlamışdır.
4. Məhsuldar qat ilə akçaqıl arasında, Jone Qrovlusun məlumatına görə, 1,1∙106 il müddətində fasilə yaranmışdır. Bu fasilə nəticəsində əmələ gəlmiş aşınma qatı seysmik kəşfiyyat zamanı əks olunmuş dalğaların yüksək potensialı və böyük amplitudası əsasında yaxşı izlənilir, Adil Hacıyev və b. bu aşınma qatını SH-1 ilə işarə etmişlər.
5. Gec pliosendə nəhəng akçaqıl transqressiyası baş vermiş və Cənubi Xəzərin ərazisində epikontinental dərin dəniz hövzəsi yaranmışdır. Yuxarıda verilmiş məlumatdan aydındır ki, gec pliosendə baş vermiş nəhəng akçaqıl transqressiyasının ekrən pliosendəki Balaxanı-Sabuncu transqressiyası ilə hec bir əlaqəsi yoxdur.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.
AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com