Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Nov 2017 Diqər xəbərlər Diqər xəbərlər

Təhsil şöbəsi


Şöbə rəhbəri: Yer elmləri üzrə fəlsəfə doktoru Ələkbərova Səadət Əli qızı.
Şöbədə 4 nəfər, o cümlədən 1 fəlsəfə doktoru çalışır.

Теl.: (+994 12) 510 01 41 (143)
E-mail: 3-seadet@mail.ru

Təhsil şöbəsi elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə doktorant və dissertantların, həmçinin magistrlərin elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədilə yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri:
  • doktorant və dissertantların sənədlərinin qəbulunu, ixtisas fənni üzrə qəbul imtahan- ları və doktorluq imtahanları üçün testlərin hazırlanmasını, test bankının yaradılmasını və proqram təminatını, doktoranturaya qəbul imtahanları və doktorluq imtahanları üzrə komissiyanın yaradılmasını təşkil edir;
  • doktorant və dissertantların attestasiyasının keçirilməsi üçün zəruri sənədləri hazırlayır və attestasiyanı təşkil edir;
  • doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi ilə əlaqələndirir, bu sahə üzrə lazımi sənədləri hazırlayıb təqdim edir;
  • magistratura üzrə işləri həyata keçirir, tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə magistrantların iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir;
  • institutun ali məktəblərlə əlaqələrinin təşkilinə cavabdehdir. Müxtəlif ali məktəblərdən instituta göndərilmiş təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramlarının həyata keçirilməsini təşkil edir.